Bu gün axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobol yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 81-ci kilometrində ağır yol-nəqliyyat qəzası baş verib. Bu gün axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobol yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 81-ci kilometrində ağır yol-nəqliyyat qəzası baş verib.

“Ford” və “Mercedes” toqquşdu - Sürücülər yaralandı

Bu gün axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobol yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 81-ci kilometrində ağır yol-nəqliyyat qəzası baş verib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, cənub istiqamətində hərəkət edən Salyan rayonunun Sarvan kənd sakini, 49 yaşlı Samid Gülhüseyn oğlu Gözəlovun idarə etdiyi 10 MP 919 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşıdan gələn Bakı şəhər sakini, 28 yaşlı Samir Mərdan oğlu Hüseynovun idarə etdiyi “Ford-Transit” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomaşının sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.