Misirin şimalında İskəndəriyyə şəhərinin yaxınlığında işçiləri daşıyan avtobus aşaraq yanmağa başlayıb. Misirin şimalında İskəndəriyyə şəhərinin yaxınlığında işçiləri daşıyan avtobus aşaraq yanmağa başlayıb.

Avtobus aşdı - 8 ölü, 22 yaralı

Misirin şimalında İskəndəriyyə şəhərinin yaxınlığında işçiləri daşıyan avtobus aşaraq yanmağa başlayıb.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində 30 sərnişin yaralanıb, onlardan 8-si ölüb. Bu barədə Misirin "Masraui" nəşri məlumat yayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. KİV-də qəzaya səbəb kimi bir neçə versiya göstərilib. Onlardan birinə görə, avtobus maneəyə çırpılıb, sürücü idarəetməni itirdiyindən o aşaraq yanmağa başlayıb. Digər bir versiyaya görə, avtobusun sürücüsü onu ötməyə çalışan avtomobil ilə toqquşmanın qarşısını almaq üçün çalışıb və nəticədə o, aşıb.

Hüquq-mühafizə oraqnları hazırda hadisənin əsl səbəbini araşdırır. Hadisə nəticəsində 30 sərnişindən 8-nin həyatını xilas etmək mümkün olmayıb. 22 nəfər xəstəxanaya yerləşdirilib.