Ötən gün axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib. Ötən gün axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib.

Şirvanda güllələnən “Odessa” Teyyub imiş - Foto

Ötən gün axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, ayağından tapança yarası alan Şirvan şəhər sakini Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam edir.

***

Şirvan şəhər sakini ayağından güllə yarası alıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yaralı 1966-cı il təvəllüdlü Tağıyev Teyyub Eyyub oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

T.Tağıyevin bir neçə məhkumluğu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az