Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Salyanda yol qəzası oldu

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə axşam saatlarında şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Belə ki iki minik avtomobilinin toqquşması nəticəsində Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Fərid Şamil oğlu, Lerik rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Arzuman Çento oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.