Sumqayıtda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. Sumqayıtda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Sumqayıtda avtomobil piyadanı vuraraq qaçdı

Sumqayıtda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1970-ci il təvəllüdlü Mehman İkram oğlu Hüseynov yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Faktla bağlı araşdırma aparılır.