Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib. Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib.

Zəncirvari yol qəzası

Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib.

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisindəki Saray körpüsü adlanan yerdə qeydə alınıb.

Belə ki, 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ağır yaralanıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hər 3 avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az