Lənkəranda avtomobil idarəetmədən çıxaraq aşıb. Lənkəranda avtomobil idarəetmədən çıxaraq aşıb.

Lənkəranda avtomobil aşdı

Lənkəranda avtomobil idarəetmədən çıxaraq aşıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astars magistralının Lənkəran rayonunun Parakənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Astara rayonunun Pensər kənd sakini, 1974-cü il təvəllüdlü İlqar Raib oğlu Nəbiyev "VAZ 2104" markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az