Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib. Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib.

Tufandağda yıxılan 30 yaşlı gənclə bağlı təfərrüatlar

Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib.

AzNews.az Report-a istinadən xəbər verir ki, istirahət kompleksinin ərazisində yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan Elvin İsgəndərov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır və həmin vaxt Tufandağ ərazisində axtarış əməliyyat tədbirləri həyata keçirərkən zədə alıb.

Çiyin və qol nahiyələrindən müxtəlif dərəcəli xəsarət alan şəxs artıq ambulator müayinəyə buraxılıb.

Qeyd edək ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində yıxılaraq zədə alıb.