Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub. Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Bakıda 4 avtomobil toqquşdu - 2 nəfər ağır yaralandı + Fotolar (Yenilənib)

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub.

AzNews.az xəbər verir ki, məscidin yaxınlığında iki "06" markalı maşın, bir "07" markalı və BMW markalı avtomobillər toqquşub. 4 avtomobilin toqquşması nəticəsində 2 nəfər 1-i qadın olmaqla ağır xəsarət alıb. Ölən yoxdur. Polis hadisənin səbəbini araşdırır.

***

Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi məlum olub.

AzNews.az xəbər verir ki, "BMW" markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən "06" markalı avtomobilə dəyib, daha sonra 2 avtomobilə də ziyan dəyib.

Aybəniz KƏLBİYEVA

AzNews.az