Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb. Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb.

İki qardaş yol qəzasına düşdü - Biri öldü

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb.

"Report"un Cənub bürosu xəbər verir ki, "Mercedes" markalı maşının aşması nəticəsində qardaşlardan biri – 1972-ci il təvəllüdlü Abdullayev İlqar Sultan oğlu ölüb, 1965-ci il təvəllüdlü Abdullayev Elnur Sultan oğlu isə yaralanıb.

Onların hər ikisi rayonun Balıqçılar kəndinin sakinləridirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

AzNews.az