Bakı metrosunda intihar hadisəsi baş verib. Bakı metrosunda intihar hadisəsi baş verib.

Bakı metrosunda qadın intihar etdi

Bakı metrosunda intihar hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib.

Onun sözlərinə görə, hadisə saat 12:50 radələrində metronun "28 may" stansiyasında baş verib.

"İçəri şəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. Hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.

Özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.