Balakəndə 62 yaşlı kişi intihar edib. Balakəndə 62 yaşlı kişi intihar edib.

62 yaşlı kişi özünü asdı

Balakəndə 62 yaşlı kişi intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 06:30 radələrində Balakən rayonu Püştətala kənd sakini, 1956-cı il təvəllüdlü Sabir Qurban oğlu Osmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Sabir Osmanovun istintaqa məlum olmayan səbəbdən intihar etməsi müəyyənləşib.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az