- Köhnə - Hadisə
- 25 Aprel 2018 19:01
- 1 910
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın oldu
Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın baş verib.
AzNews.az bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir .
Məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib:
"Nəticədə Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Hidayət oğlu Alıməmmədovun mənzili ev əşyaları ilə birlikdə yanıb. Bununla əlaqədar olaraq, Dövlət Komitəsi sədrinin tapşırığı əsasında əməkdaşlarımız dərhal həmin əraziyə gedib, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində M.Alıməmmədovun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək".