Ağsu rayonunda mənzillərdən silsilə oğurluq edən şəxs tutulub. Ağsu rayonunda mənzillərdən silsilə oğurluq edən şəxs tutulub.

Ağsuda 10 evdən oğurluq edən şəxs tutulub

Ağsu rayonunda mənzillərdən silsilə oğurluq edən şəxs tutulub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki,Ağsu şəhərinin və Pirhəsənli kəndinin sakinləri naməlum şəxs tərəfindən onlara məxsus mənzillərdən məişət və geyim əşyalarının, mis qabların, qiymətli əşyaların oğurlanması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 10 evdən oğurluq edən şəxsin Ağsu sakini, 1977-ci il təvəllüdlü Əsgərov Ələsgər Əlməhəmməd oğlu olduğu müəyyən edilib. Əvvəllər narkotik alverinə görə məhkum olunmuş Ələsgər Əsgərov polis əməkdaşları tərəfindən yenidən tutularaq istintaq bölməsinə təhvil verilib.

O, evlərdən silsilə oğurluğu tək etdiyini etiraf edib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.