Bakının Nizami rayonunda intihara cəhd hadisəsi ölümlə nəticələnib. Bakının Nizami rayonunda intihara cəhd hadisəsi ölümlə nəticələnib.

Həyatını xilas etmək olsa da, yenə intihar etdi

Bakının Nizami rayonunda intihara cəhd hadisəsi ölümlə nəticələnib.

“Report” xəbər verir ki, 1960-ci il təvəllüdlü Zaqatala rayon sakini Kələşova Sevda Hüseyn qızı aprelin 12-də yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd göstərib.

Respublika Toksikologiya Mərkəzinə çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Lakin S.Kələşova daha sonra özünə bıçaqla bir neçə xəsarət yetirib. Yaralı çoxlu qan itirərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olan qadın bu gecə dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az