Adı cinayətdə hallanan Fərid Mirələmovun yeni vəzifə təyinatındakı gizlinlər Adı cinayətdə hallanan Fərid Mirələmovun yeni vəzifə təyinatındakı gizlinlər

Ramil Usubov Hüseynbala Mirələmovun oğluna yeni vəzifə verdi - EKSKLÜZİV

Adı cinayətdə hallanan Fərid Mirələmovun yeni vəzifə təyinatındakı gizlinlər



Millət vəkili Hüseynbala Mirələmovun bir neçə ay əvvəl vəzifədən uzaqlaşdırılan oğlu polis polkovnik-leytenantı Fərid Mirələmova yenidən yüksək etimad göstərilib. Məlumat üçün bildirək ki, F.Mirələmov bir neçə ay əvvəl işdə yol verdiyi ciddi nöqsanlar səbəbindən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı.

AzNews.az-ın əldə etdiyi məlumata görə isə bu günlərdə Hüseynbala Mirələmov oğlunu yenidən polis orqanlarına bərpa etdirməyə nail olub. Üstəlik F. Mirələmova yüksək vəzifə də verilib. Belə ki, o, Nəqliyyatda Baş Polis İdarəsinə əməliyyat müvəkkili təyin olunub.

Bu təyinatın necə reallaşması və F.Mirələmovun "vurulduqdan" sonra yenidən polisə bərpa olunmasının səbəbləri ilə bağlı da informasiyalar əldə etmişik. Mənbəmizin bildirdiyinə görə, F.Mirələmovun DİN sisteminə bərpa olunmasında millət vəkili Elman Məmmədovun böyük əməyi olub. Məhz onun daxili işlər naziri Ramil Usubovdan xahiş etməsindən sonra F.Mirələmova "yaşıl işıq" yandırılıb.

Xatırladaq ki, F.Mirələmovun adı atası Hüseynbala Mirələmova məxsus "Min bir gecə" istirahət mərkəzində əmisi oğlu Rəşad Mirələmovun adam güllələməsi ilə bağlı hadisədə hallandırılırdı. Onun vəzifədən çıxarılması da məhz bu hadisədən sonraya təsadüf etmişdi.

Elnur
AzNews.az