Sabirabadda 16 yaşlı nişanlı qız evdən qaçıb. Sabirabadda 16 yaşlı nişanlı qız evdən qaçıb.

Evdən qaçan nişanlı şagird qızdan xəbər var: “Bulvarda gəzərkən görüblər...”

Sabirabadda 16 yaşlı nişanlı qız evdən qaçıb.

AzNews.az xəbər verir ki, rayonunun Qalağayın kənd sakini 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən qaçıb. Onun evi tərk etməsinə səbəb isə 29 yaşlı oğlana nişanlanması olub.

Rayonun Qalağayın kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əfruzə Zeynalova 10-cu sinif şagirdidir:

“Əfruzə bir neçə gündür ki, ata evini tərk edib. Kənddə gəzən söz-söhbətə görə, o, hazırda Bakıdadır. Yaxınları Əfruzəni Bakıda bulvarda gəzərkən görüblər. Hətta iki gün öncə anasına zəng edib, telefonla danışıb. Vəziyyətinin yaxşı olduğunu deyib. O, nişanlıdır, amma nişanlısını istəmir. Oğlanın 29 yaşı var. Evdən qaçmasına da səbəb bu olub. Əfruzə rəfiqəsinə həmin oğlana ərə getmək istəmədiyini deyib. Sakit bir ailənin uşağıdır. Anasının vəziyyəti pisdir, qızının evə qayıtması üçün hüquq-mühafizə orqanlarından kömək istəyir”.

Bahar RÜSTƏMLİ
AzNews.az