Mingəçevir şəhərində yol qəzası baş verib. Mingəçevir şəhərində yol qəzası baş verib.

Marşrut avtobusu traktorla toqquşub, yaralananlar var

Mingəçevir şəhərində yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyevaya və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.