MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

Müdafiə Nazirliyi zabitlərin qəzada ölməsi xəbərini təkzib etdi - Yenilənib

MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

"Bəzi elektron KİV-də Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik".

Bu barədə AzNews.az-a MN-dən bildirilib.

Məlumatda qeyd olunur ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu ölüb.

Avtomobildə olan digər sərnişin, M. Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

"Son dövrlərdə bəzi KİV yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirilməsi vacib.

Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək", - deyə məlumatda bildirilir.

***
15:43

Bakıdan Beyləqana gedən “Mercedes” markalı avtomobil qəzaya düşüb.

AzNews.az unikal.org-a istinadən xəbər verir ki “Mercedes” markalı 42-CA -252 dövlət nömrə nişanlı avtomobil Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində ağır qəza keçirib.

Nəticədə bir hərbçimiz və onu qohumu qəza nəticəsində dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişənin gizir Murad Muradov olduğu bəllidir. Digərinin isə onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu olduğu məlum olub.

***
15:18

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

AzNews.az