Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb. Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.

25 gün əvvəl itkin düşən gəlin tapıldı

Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.

Trend-in məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.

Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü. Trend-in əldə etdiyi məlumata görə, mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və geri qayıtmayıb.

AzNews.az

image description image description