Kürdəmir rayonunda yol qəzası baş verib. Kürdəmir rayonunda yol qəzası baş verib.

Kürdəmirdə avtomobil aşdı - Yaralılar var

Kürdəmir rayonunda yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Kürdəmir rayonu Karrar qəsəbəsinin sakinləri - sürücü, 1991-ci il təvəllüdlü Əliyev Elvin Şəmsəddin oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Bayramlı Ceyhun Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.