Oğuzda qadın itkin düşüb. Oğuzda qadın itkin düşüb.

Polis bu qadını axtarır - Fotolar

Oğuzda qadın itkin düşüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, Oğuz rayonu sakini, 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub. Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, (055) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

image description image description