- Köhnə - Hadisə
- 26 May 2018 09:44
- 4 132
Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Qusar rayonunun Urva kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.
AzNews.az-ın verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.