Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb. Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb.

62 yaşlı qadın itkin düşdü - Foto

Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzNews.az

image description