Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb. Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb.

"Dərnəgül" metrosu yaxınlığındakı yanğın söndürüldü - Yenilənib (Foto + Video)

Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

***

18:14

Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

18:03

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Azadlıq prospektində, "Dərnəgül" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.