05:41
(077) 610-22-33

Bağçada dəhşət: müəllimə uşaqlara işgəncə verdi - Video

  • >
13 132 11 İyun 16:26 | Hadisə

Bakıda özəl bağçaların birində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntü yayılıb.

AzNews.az azxeber.com-a istinadən xəbər verir ki, görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bu işgəncə faktı Yasamal rayonunda yerləşən "Kids Studio” özəl bağçasında baş verib. Uşaqlarla amansız rəftar edən şəxsin isə bağçanın müəlliməsi Firuzə Tağıyeva olduğu deyilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hazırda bu görüntü ilə bağlı araşdırmalara başlanıldığını deyib:

“Uşaq müdafiə sistemi ilə bağlı maariflənməyə çox ehtiyac var. Bunu ilk növbədə özəl bağçalarda etmək lazımdır. Bağçalarda tək uşaqları deyil, müəllimləri də maarifləndirmək lazımdır. Müəllim evdən hansısa problemlə gələ bilər, amma hirsini uşaqdan çıxa bilməz. Körpələrin yaşadığı travmalar illər boyu onlardan çıxmır”.

Bahar RÜSTƏMLİ
AzNews.az

Bağla X