Bakıda boya sexində baş vermiş yanğın söndürülüb. Bakıda boya sexində baş vermiş yanğın söndürülüb.

Bakıda boya sexində baş verən yanğın söndürüldü - Yenilənib

Bakıda boya sexində baş vermiş yanğın söndürülüb.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

16:11

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğın məhdudlaşdırılıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.