Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən piyadanı maşın vurdu

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov proskeptində qeydə alınıb.

Hərəkətdə olan "Ford-Tranzit" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Hacıyev Elşad İsrafil oğlunu vurub.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az