Lerikdə süni göldə batan rayon sakini, 1992-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Lerikdə süni göldə batan rayon sakini, 1992-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan 26 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib

Lerikdə süni göldə batan rayon sakini, 1992-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın cənub bürosunun xəbərinə görə, meyit FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Qeyd edək ki, hadisə R. Həbullayev balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

***
13:29

Fövqəladə Hallar Nazirliyi Lerik sakininin göldə batması barədə məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***
13:11

Lerikdə gənc oğlan çayda batıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lerikin Piran kəndi ərazisindən axan çayda baş verib.

Çayda batan Ramin adlı gəncin meyitinin tapılıb çıxarılması istiqamətində iş aparılır.

AzNews.az

image description image description