Göyçay rayonunda 30 yaşlı gəncin intiharının bəzi təfərrüatı məlum olub. Göyçay rayonunda 30 yaşlı gəncin intiharının bəzi təfərrüatı məlum olub.

“Ailəli qadına təcavüz edib, qarşı tərəf isə...” - İntiharın təfərrüatı

Göyçay rayonunda 30 yaşlı gəncin intiharının bəzi təfərrüatı məlum olub.

Rayonun Hacıağabəyli kənd sakinlərinin AzNews.az - a verdiyi məlumata görə, Anar Fətəliyev özünü səhər saatlarında yaşadığı evin həyətində yarımçıq tikilidə asıb:

“Anar iki dəfə ailəli olub. Birinci ailəsindən bir uşağı var. Həyat yoldaşı ona Bakıda yaşamaq istədiyini deyib. Anar da razı olmayıb. Deyib ki, “mənim kənddə evim, buranı atıb gedə bilmərəm”. Həyat yoldaşı bu sözdən sonra uşağını da götürüb getdi. Onlar boşanandan sonra Anar əmisi qızı ilə evləndi. Səhhətində heç bir problem olmayıb”.

Kənd sakinlərinin sözlərinə görə, Anar Fətəliyev qonşuda yaşayan bir qadına təcavüz edib: “Qadın ailəlidir, özü də qonşudurlar. Qarşı tərəf isə onu döyüb. Döyüləndən sonra xəstəxanaya düşdü, müalicə olunurdu. Qadın da hüquq-mühafizə orqanlarına şikayət edib. Araşdırma gedir. Anarı da dindiriblər. Dəhşətli bir işdir, anası özünü öldürür”.

Qeyd edək ki, Göyçayda intihar hadisəsi baş verib. Rayonun Hacıağabəyli kəndində 30 yaşlı Anar Fətəliyev yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

Bahar RÜSTƏMLİ
AzNews.az