- Köhnə - Hadisə
- 22 İyun 2018 14:41
- 4 090
Ağsu dolaylarında yol çökdü
Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.
Trend-in məlumatına görə, hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib.
Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.
Xatırladaq ki, Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib.
AzNews.az