Oğuzda 45 yaşlı kişi odlu silahla özünü güllələyərək intihara cəhd edib. Oğuzda 45 yaşlı kişi odlu silahla özünü güllələyərək intihara cəhd edib.

45 yaşlı kişi özünü güllələdi

Oğuzda 45 yaşlı kişi odlu silahla özünü güllələyərək intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 24-də saat 17.00 radələrində rayonun Baş Daşağıl kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Abbas oğlu Alməmmədov çiyin nahiyəsindən güllə yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, xəstəxananın cərrahiyə şöbəsində müalicəsi aparılan Rəsul Almmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Rəsul Alməmmədov yaşadığı ünvanda sərxoş vəziyyətdə intihar etmək məqsədi ilə özünü güllələyib.

Hadisə yerindən ov tüfəngi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az