Fövqəladə Hallar Nazirliyi Bakıda hoteldə baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi Bakıda hoteldə baş verən yanğınla bağlı məlumat yayıb.

“Monolit Plaza”da yanğın olub - Yenilənib

Fövqəladə Hallar Nazirliyi Bakıda hoteldə baş verən yanğınla bağlı məlumat yayıb.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda “Monilit Plaza” hotelinin ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², dam örtüyü taxta atmalar və dəmirdən ibarət) olan ikimərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, ona bitişik ümumi sahəsi 50 m² olan istifadəyə yararsız talvarın yanar konstruksiyaları və 50 m² sahədə məişət tullantıları yanıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
12:40

“Monolit Plaza”da baş verən yanğının qarşısı alınıb.

APA-nın məlumatına görə, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıb, yanğın söndürülüb.

***
11:53

“Monolit Plaza”da yanğın olub.

APA-nın məlumatına görə, yanğın restoranın mətbəxində meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az