Səhiyyə Nazirliyi lift qırılması zamanı xəsarət alanların səhhətinə aydınlıq gətirib. Səhiyyə Nazirliyi lift qırılması zamanı xəsarət alanların səhhətinə aydınlıq gətirib.

Bakıda baş vermiş lift qəzası ilə bağlı nazirlikdən açıqlama - Yenilənib

Səhiyyə Nazirliyi lift qırılması zamanı xəsarət alanların səhhətinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, Bakının Xətai rayonunda, Həzi Aslanov metrosunun üstündəki hündürmərtəbəli binanın lifti qırılan zaman xəsarət alanların səhhəti normaldır:

“Xəsarət alanların 3-ü 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2-si isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar hələ xəstəxanaya aparılanda səhhətləri stabil idi”.

Qeyd edək ki, dünən Bakının Xətai rayonunda, Həzi Aslanov metrosunun üstündəki hündürmərtəbəli binada lift şaxtaya düşüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az

=========
13​.07.2018

Bakı şəhərində bədbaxt hadisə baş verib.

AzNews.az-ın məlumatına görə, Xətai rayonunda yerləşən hündürmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb və şaxtaya düşüb.

Nıəticədə liftin içərində olan 3 nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.