Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb. Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

Çökən yol Bakı Metropoliteni tərəfindən salınıb - Alternativ yol kimi

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A. Nəcəfli qeyd edib ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq: "Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq".