Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb. Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb.

Cəlilabadda taxılla dolu “Qazel” aşdı - Sürücü öldü

Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu “Qazel” markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Nəticədə “Qazel”in sürücüsü rayon sakini, 1965-ci il təvəllüdlü Nuriyev Məhəmməd Bayram oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.