Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə 2018-ci il iyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilmişdir. Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə 2018-ci il iyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilmişdir.

Gəncə hadisələri ilə bağlı yeni həbslər var - Fotolar

Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə 2018-ci il iyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilmişdir.

Həbs edilmiş Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Ceyhun Qurbanov

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Alim Yusifov

Ülvi Həsənov

Vüqar Allahverdiyev