İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib. İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

Kərkükdə 3 ardıcıl partlayış - Yaralılar var

İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

AzNews.az