- Köhnə - Hadisə
- 20 İyul 2018 13:37
- 4 203
Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb
Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.
Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus “Ford” və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, “Ford”da 3 nəfər, “VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.
Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.