Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.

Cəlilabad sakini su anbarında batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

1986-cı il təvəllüdlü Əzizov Asif Əvəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.