Xəzər dənizindən batan şəxsin cəsədi sudan çıxarılıb. Xəzər dənizindən batan şəxsin cəsədi sudan çıxarılıb.

Qadağan olunmuş vaxtda çimdi - Suda boğuldu

Xəzər dənizindən batan şəxsin cəsədi sudan çıxarılıb.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər veri ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (qadağan olunmuş vaxtda çimərkən) 1 nəfərin batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. 1985-ci il təvəllüdlü Əliyev Murad Rəfayıl oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.