23:00
(077) 610-22-33

Minik maşını ilə mikroavtobus toqquşub

  • >
299 26 Mart 2013 21:36 | Hadisə

Bu gün axşam saatlarında Qusar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Qusar – Ləzə yolunun Xuray kəndi ərazisində qeydə alınıb. 1979-cu il təvəllüdlü Qusar şəhər sakini Camalov Elşad Tahir oğlunun idarə etdiyi 38 BC 781 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili ilə 1991-ci il təvəllüdlü Qusar rayonu, Çiləgir kənd sakini Əlyarov Ayaz Əlibəy oğlunun idarə etdiyi 10 MT 779 dövlət qeydiyyatlı "Mersedes" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində "Qazel"in sürücüsü E.Camalov, mikroavtobusun sürücüsü A.Əlyarov, mirkoavtobusun sərnişinləri – 1992-ci il Qusar şəhər sakini Rəhimxanov Rəşid Səlimxan oğlu və 1979-cu il təvəllüdlü Ramazanova Qəmər Cəmalləddin qızı xəsarət alıblar. Onlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Əlyarov və R.Rəhimxanov ambulator müalicə üçün evə buraxılıb. Digər iki nəfərin vəziyyəti isə orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X