Zığ şosesində dəhşətli qəza: 5 maşın toqquşdu



Bir neçə dəqiqə əvvəl Zığ şosesində dəhşətli avtomobil qəzası baş verib. AzNews.az-a daxil olan məlumata görə, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında aeroport istiqamətində hərəkət edən yolda beş avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərin tam yararsız hala düşdüyü bildirilir. Zəncirvarı qəzada avtomobillərin hərəkəti tam dayanıb, ölən və yaralılar barədə dəqiq məlumat olmasa da, insan tələfatının olması istisna edilmir.

Bu "yol terroru" haqqında daha ətraflı məlumat verəcəyik.

Mahir
AzNews.az