Ölkə ərazisində yanğın hadisələrinə görə daha iki nəfər saxlanılıb. Ölkə ərazisində yanğın hadisələrinə görə daha iki nəfər saxlanılıb.

Yanğın törədən iki yeniyetmə tutuldu

Ölkə ərazisində yanğın hadisələrinə görə daha iki nəfər saxlanılıb.

DİN-dən AzNews.az-a daxil olan məlumata görə, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.

AzNews.az