Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Əcəli cərəyanla gəldi

Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliqulu oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az