Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub. Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub.

Maşından zibil atdı - 500 manat xərcə düşdü

Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib.

Araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyən olunub.

Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib.

Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.

ETSN bütün şəxslərə müraciət edir ki, belə hallarla rastlaşarkən dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.

AzNews.az