Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Şamaxıda torpaq sürüşməsi - Foto

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Şamaxı rayonu məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.

Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.

AzNews.az

image description