Paytaxtda qəza : ölən var

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Xəzər rayonu Buzovna-Maştağa yolunun 1-ci km-də 1962-ci il təvəllüdlü Əliyev Ələkbər Hacıməmməd oğlu idarə etdiyi "Mercedes Benz - 230" markalı avtomobillə hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az