Apreldə havalar isinəcək

Bəzi günlər hətta 31 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə 2013-cü ilin aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın əvvəlində hava şəraiti nisbətən sabit və mülayim keçəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasından bir qədər yüksəkdir. Gecələr temperatur 7-12, ayın ikinci yarısının bəzi günlərində 13-15 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturu
17-22 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir
qədər az (norma 23-33 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 4-9, ayın ikinci yarısının bəzi günlərində 9-13 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 17-
22 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 25-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az
(norma 34-59 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ? Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 10-15 dərəcə isti olacaq, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək.

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11, bəzi
günlərdə 12-15 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 18-23 dərəcə isti olacaq, bəzi günlərdə 25-29 dərəcəyədək yüksələcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 9-13 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19, bəzi günlərində 22-27 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi Aranda 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12, bəzi
günlərdə 13-15 dərəcə isti təşkil edəcək. Gündüzlər 18-23 dərəcə isti olacağı, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından az, bəzi yerlərdə isə normaya yaxın
(norma 30-49 mm) olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında 12-16 dərəcə isti olacaq. Bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 12-14 dərəcə isti təşkil edəcək. Ayın birinci yarısında dağlarda 0-5
dərəcə isti olacağı gözlənilir. Gündüzlər temperatur 16-21, bəzi günlərdə 25-30 dərəcə isti təşkil edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az