“Soyqırım tarixinin dastanı” kitabı təqdim olundu

Bu gün Kürdəmir şəhərində "Soyqırım tarixinin dastanı" kitabının təqdimat mərasimi keçirilib. AzNews.az-a məlumat verən kitab müəllifi İftixar Priyevin sözlərinə görə, mərasim sözügedən rayonun icra hakimiyyətinin başçısının təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, İrşad Əliyev "Soyqırım tarixinin dastanı" kitabının məsləhətçisidir. Tədbirdə çıxış edən elm, incəsənət və mədəniyyət adamları arasında Türkiyəli qonaqlar da iştirak edib.

Sonda isə qonaqlara İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında olan "Soyqırım tarixinin dastanı" tamaşası nümayiş olunub.

Bahar Rüstəmli
AzNews.az